- İtaliya S.A.
- 23:34 17.09.2026
“Yuventus”un idman direktoru Frederik Massara baş məşqçi Luçano Spallettiyə tam güvəndiklərini açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, Massara komandanın İtaliya A Seriyasında mövsümə uğursuz başlaması fonunda italiyalı mütəxəssisə dəstək verib.
“‘Yuventus’da forma geyinən hər kəs hər xal itkisinin əhəmiyyətini düzgün qiymətləndirməlidir. Bununla yanaşı, vəziyyətə sakit yanaşmalıyıq. Bu qiymətləndirmə ilk növbədə inamdan başlayır. Komanda etibarlı əllərdədir və klub həm məşqçinin, həm də futbolçuların imkanlarına tam güvənir. Əminik ki, görülən işlər sayəsində komanda qısa zamanda inkişaf edəcək”, - deyə Massara bildirib.
Klubun idman direktoru yay transfer pəncərəsində heyətdə böyük dəyişikliklərin edildiyini də vurğulayıb və komandaya vaxt verilməsinin vacibliyini qeyd edib.
Qeyd edək ki, “Yuventus” A Seriyasının son turunda “Sassuolo”ya 2:3 hesabı ilə uduzub. Turin təmsilçisi 4 turdan sonra 7 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.