19 sentyabr 2026. Şənbə

“Milan”ın rəhbərliyi Amorimin startından narazıdır


“Milan”ın rəhbərliyi Amorimin startından narazıdır

“Milan”ın rəhbərliyi komandanın yeni baş məşqçi Ruben Amorimin rəhbərliyi altında mövsümə startından narazıdır.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.

Məlumata görə, klubun sahibi Cerri Kardinale Avropa Liqasının liqa mərhələsinin ilk turunda “Benfika”ya 0:2 hesabı ilə məğlubiyyətdən narazı qalıb. Rəhbərlik yay transferlərini də nəzərə alaraq komandanın daha yaxşı nəticə göstərməsini gözləyib.

Buna baxmayaraq, “Milan” rəhbərliyi portuqaliyalı mütəxəssisə etimadını davam etdirir. Bununla belə, komandadan nəticələrini yaxşılaşdırması gözlənilir. İlk növbədə sentyabrın 20-də A Seriyasında “Leççe” ilə keçiriləcək qarşılaşmada müsbət nəticə tələb olunur.

Qeyd edək ki, Amorim iyun ayında “rossoneri”nin baş məşqçisi təyin olunub. Onun rəhbərliyi altında “Milan” bütün turnirlərdə 5 oyun keçirib. Komanda bu matçların 2-də qələbə qazanıb, 2-də heç-heçə edib və 1 qarşılaşmada məğlub olub.







İtaliya S.A.

“Monza” “Sassuolo”nu məğlub etdi
  • İtaliya S.A.
  • 00:51 19.09.2026
“Monza” “Sassuolo”nu məğlub etdi
“Daha yaxşı oynamalıyıq”
  • İtaliya S.A.
  • 23:58 16.09.2026
“Daha yaxşı oynamalıyıq”