- İtaliya S.A.
- 00:51 19.09.2026
“Monza” İtaliya A Seriyasının V turunda doğma meydanda “Sassuolo” ilə qarşılaşıb.
90deqiqe.Az-ın məlumatına görə, ilk hissədə hesabı açmağa çalışan meydan sahibləri buna nail ola bilməyiblər. “Sassuolo” müdafiədə inamlı oyun nümayiş etdirərək rəqibinə ciddi qol imkanları yaratmayıb.
Lakin fasilədən sonra vəziyyət dəyişib. “Monza” 51-ci dəqiqədə hesabı açıb. Qolu Qustavo Varela vurub. Samuele Birindelli isə məhsuldar ötürmə ilə yadda qalıb.
63-cü dəqiqədə Varela ikinci dəfə fərqlənərək dublunu rəsmiləşdirib.
“Sassuolo” matçın sonlarına yaxın Vasiliye Ajiçin qolu ilə fərqi azaltsa da, hesabı bərabərləşdirə bilməyib.
Beləliklə, “Monza” 2:1 hesablı qələbə qazanıb.
Bu nəticədən sonra “Monza” 4 xalla A Seriyasının turnir cədvəlində 14-cü pilləyə yüksəlib. “Sassuolo” isə 7 xalla 9-cu sırada qərarlaşıb.