22 sentyabr 2026. Çərşənbə axşamı

“Fiorentina” “Napoli” ilə heç-heçə etdi


“Fiorentina” “Napoli” ilə heç-heçə etdi

İtaliya A Seriyasının 2026/2027 mövsümünün V turunda “Fiorentina” və “Napoli” komandaları üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, Florensiyadakı “Artemio Franki” stadionunda keçirilən qarşılaşmanı Daniele Doveri idarə edib. Matç 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Hesabı 23-cü dəqiqədə “Napoli”nin yarımmüdafiəçisi Billi Gilmor açıb. “Fiorentina” 51-ci dəqiqədə müdafiəçisi Alexandro Ximenesin qolu ilə hesabı bərabərləşdirib.

Bu nəticədən sonra “Fiorentina” 5 turdan sonra 4 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb. “Napoli” isə 7 xalla 9-cu yerdədir.

Növbəti turda “Fiorentina” oktyabrın 10-da “Cenoa” ilə qarşılaşacaq. “Napoli” isə həmin gün “Frozinone” ilə üz-üzə gələcək.







İtaliya S.A.

“Monza” “Sassuolo”nu məğlub etdi
  • İtaliya S.A.
  • 00:51 19.09.2026
“Monza” “Sassuolo”nu məğlub etdi
“Daha yaxşı oynamalıyıq”
  • İtaliya S.A.
  • 23:58 16.09.2026
“Daha yaxşı oynamalıyıq”