21 sentyabr 2026. Bazar ertəsi

“Yuventus”un qapıçısı ağır zədə aldı


“Yuventus”un qapıçısı ağır zədə aldı

“Yuventus”un qapıçısı Kamil Qrabara uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.

90deqiqe.Az-ın məlumatına görə, polşalı qapıçı sentyabrın 19-da keçirilən məşq zamanı sağ dizindən zədə alıb.

Qrabara həmin gün axşam saatlarında klubun J|Medical tibb mərkəzində tibbi müayinədən keçib. Müayinə zamanı futbolçunun sağ dizinin ön çarpaz bağında qopma aşkarlanıb.

Qapıçının müalicə kursunu müəyyənləşdirmək üçün yaxın günlərdə əlavə tibbi konsultasiyadan keçəcəyi bildirilib.

Qeyd edək ki, Qrabara yay transfer pəncərəsində Almaniyanın “Volfsburq” klubundan icarə əsasında “Yuventus”a keçib. Polşalı futbolçu yeni komandasında cəmi bir oyun keçirib. O, UEFA Avropa Liqasının əsas mərhələsinin I turunda “NEK Neymegen”ə qarşı 5:0 hesablı qələbə ilə başa çatan matçda meydana çıxıb və məhsuldar ötürmə ilə yadda qalıb.







İtaliya S.A.

“Monza” “Sassuolo”nu məğlub etdi
  • İtaliya S.A.
  • 00:51 19.09.2026
“Monza” “Sassuolo”nu məğlub etdi
“Daha yaxşı oynamalıyıq”
  • İtaliya S.A.
  • 23:58 16.09.2026
“Daha yaxşı oynamalıyıq”