- İtaliya S.A.
- 23:52 21.09.2026
“Yuventus”un hücumçusu Randal Kolo-Muani sağ əlinin barmağının sınığı səbəbindən əməliyyat olunub.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə Turin klubunun rəsmi saytı məlumat yayıb.
Fransalı futbolçu A Seriyasının son turunda “Atalanta”ya qarşı keçirilən matçın (2:0) ilk hissəsində zədələnib. Görüşdən sonra aparılan tibbi müayinə zamanı onun cərrahi müdaxiləyə ehtiyac duyduğu müəyyənləşib.
Məlumata görə, Kolo-Muaninin bir neçə gün ərzində məşqlərə qayıtması gözlənilir.
Qeyd edək ki, 26 yaşlı hücumçu bu mövsüm “Yuventus”un heyətində bütün turnirlərdə 6 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.
Hazırda Turin klubunun zədəli futbolçuları arasında Manuel Lokatelli, Kenan Yıldız, Kefren Tyuram, Xuan Kabral, Andrea Kambyazo, Kamil Qrabara, Jeremi Boqa və Cef Exator da yer alırlar.