22 sentyabr 2026. Çərşənbə axşamı

“Napoli”dən Andre-Frank Zambo-Anqissa ilə bağlı rəsmi açıqlama


“Napoli”dən Andre-Frank Zambo-Anqissa ilə bağlı rəsmi açıqlama

“Napoli”nin yarımmüdafiəçisi Andre-Frank Zambo-Anqissanın zədəsi rəsmən təsdiqlənib.

90deqiqe.Az-ın məlumatına görə,  29 yaşlı futbolçu “Fiorentina” ilə 1:1 hesablı görüşün son dəqiqəsində meydana çıxaraq yaşıl meydanlara qayıdıb. Lakin meydana daxil olduqdan qısa müddət sonra yenidən zədələnib.

“Napoli”dən verilən məlumata görə, Zambo-Anqissanın sağ budunun adduktor əzələsində zədə aşkarlanıb. Futbolçu artıq bərpa prosesinə başlayıb.

Onun beynəlxalq fasilədən sonra komandasının keçirəcəyi ilk oyunda meydana çıxmaq ehtimalı var.

Kamerun millisinin üzvü adduktor əzələsindəki zədə səbəbindən daha əvvəl A Seriyasında “Bolonya” və UEFA Çempionlar Liqasında “Arsenal”la oyunları buraxıb.

“Napoli” oktyabrın 10-da “Frozinone” ilə qarşılaşacaq.







İtaliya S.A.

“Monza” “Sassuolo”nu məğlub etdi
  • İtaliya S.A.
  • 00:51 19.09.2026
“Monza” “Sassuolo”nu məğlub etdi