22 sentyabr 2026. Çərşənbə axşamı

“Yuventus” azarkeşlərinə görə cərimələndi


“Yuventus” azarkeşlərinə görə cərimələndi

İtaliya çempionatının rəhbərliyi “Yuventus”u 10 min avro məbləğində cərimələyib.

90deqiqe.Az-ın məlumatına görə, “İnter” və İtaliya millisinin əfsanəsi Sandro Matsollanın xatirəsinə keçirilən bir dəqiqəlik sükutu bəzi “Yuventus” azarkeşlərinin pozması buna səbəb olub.

Avropa çempionu və dünya çempionatının gümüş medalçısı olan Matsolla şənbə günü 83 yaşında vəfat edib.

Hadisə sentyabrın 20-də “Yuventus”un “Allyans” stadionunda “Atalanta”ya qarşı keçirdiyi oyundan əvvəl baş verib. Bir dəqiqəlik sükut zamanı “Curva Sud” tribunasında olan bəzi azarkeşlər meydana arxalarını çevirib, daha sonra “Yuventus”un əfsanələrinin xatirəsinə şüarlar səsləndirməyə başlayıblar.

Azarkeşlərin bu davranışı futbol ictimaiyyətinin tənqidinə səbəb olub. “Yuventus” klubu da oyundan qısa müddət sonra baş verənləri açıq şəkildə pisləyib.

Qeyd olunur ki, klubun operativ reaksiyası və digər azarkeşlərin səslənən şüarları alqışlarla boğması nəzərə alınaraq cərimənin məbləği aşağı salınıb.







İtaliya S.A.

“Monza” “Sassuolo”nu məğlub etdi
  • İtaliya S.A.
  • 00:51 19.09.2026
“Monza” “Sassuolo”nu məğlub etdi