23 sentyabr 2026. Çərşənbə

De Bruyne “Napoli”dən ayrılacağı ilə bağlı xəbərlərə aydınlıq gətirdi


De Bruyne “Napoli”dən ayrılacağı ilə bağlı xəbərlərə aydınlıq gətirdi

“Napoli”nin yarımmüdafiəçisi Kevin De Bruyne yay transfer pəncərəsində klubdan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

90deqiqe.Az-ın məlumatına görə, belçikalı futbolçu jurnalist Canluka Di Martsionun saytına açıqlamasında belə deyib:

“Bu yay “Napoli”dən ayrılmaq barədə heç vaxt düşünməmişəm. Bununla bağlı heç kimlə danışmamışam”.

Hazırda Belçika millisinin düşərgəsində olan De Bruyne yığmadakı vəziyyətindən də danışıb. O, Mark van Bommelə komandaya kömək etməyə hazır olduğunu bildirdiyini deyib.

“Özümü həm mənəvi, həm də fiziki baxımdan yaxşı hiss edirəm. Sadəcə, eyni şəkildə davam etmək istəyirdim. Bir çox futbolçu məndən qalmağımı xahiş etdi. Gələcək barədə çox düşünmək istəmirəm, amma bu, mənim üçün problem deyildi”.

35 yaşlı futbolçu bu mövsüm 6 oyunda meydana çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.







İtaliya S.A.

“Monza” “Sassuolo”nu məğlub etdi
  • İtaliya S.A.
  • 00:51 19.09.2026
“Monza” “Sassuolo”nu məğlub etdi