23 sentyabr 2026. Çərşənbə

“Napoli” prezidentindən “Milan” rəhbərinə sərt sözlər


“Napoli” prezidentindən “Milan” rəhbərinə sərt sözlər

“Napoli” klubunun prezidenti Aurelio De Laurentis “Milan”ın sahibi Cerri Kardinaleni və İtaliya klublarının idarəçiliyində iştirak edən investisiya fondlarını tənqid edib.

90deqiqe.Az-ın məlumatına görə, De Laurentis üç il əvvəl Kardinaleni şam yeməyinə dəvət etdiyini və həmin görüş zamanı amerikalı biznesmenin səsləndirdiyi fikirlərin onun üçün məntiqli görünmədiyini bildirib.

“Mən Cerri Kardinaleni üç il əvvəl şam yeməyinə dəvət etmişdim. Mənim fikrimcə, onun dediyi bəzi şeylərin heç bir məntiqi yox idi. O, əsl sahibkar düşüncəsinə deyil, maliyyəçi təfəkkürünə malik bir klub sahibi idi”, - deyə De Laurentis bildirib.

“Napoli” rəhbəri biznesə yanaşmasının fərqli olduğunu vurğulayıb. O, ideyanın müəyyənləşdirilməsindən maliyyələşdirməyə, məhsulun hazırlanmasından onun tanıdılmasına qədər bütün prosesə nəzarət etməyə üstünlük verdiyini qeyd edib.

De Laurentis daha sonra investisiya fondlarının klublardakı fəaliyyətinə münasibət bildirib:

“Kardinale və fondlar investorlarına gəlir gətirmək üçün pul yatırırdılar. Əgər müəyyən müddətdən sonra mənfəət əldə etməyiblərsə, bunun hansı faydası oldu? Heç bir”.

“Napoli” prezidenti mövsümöncəsi hazırlıq dövründə Avstraliya və Sinqapura səfər etməkdən də imtina etdiyini açıqlayıb. Onun sözlərinə görə, iki oyun qarşılığında 6 milyon dollar təklif olunsa da, ümumilikdə 30 saatlıq uçuşun hazırlıq mərhələsində komandaya uyğun olmadığını düşündüyü üçün bu təklifi qəbul etməyib.







İtaliya S.A.

“Monza” “Sassuolo”nu məğlub etdi
  • İtaliya S.A.
  • 00:51 19.09.2026
“Monza” “Sassuolo”nu məğlub etdi