24 sentyabr 2026. Cümə axşamı

Lautaro Martinez A Seriyasının ən bahalı futbolçusu oldu


Lautaro Martinez A Seriyasının ən bahalı futbolçusu oldu

“İnter” və Argentina millisinin hücumçusu Lautaro Martinez “Transfermarkt” portalının İtaliya A Seriyasında çıxış edən ən bahalı futbolçuların yeni reytinqində ilk pillədə qərarlaşıb.

90deqiqe.Az-ın məlumatına görə, 29 yaşlı futbolçunun transfer dəyəri 85 milyon avro olaraq qiymətləndirilir.

İkinci sırada “Komo”nun 22 yaşlı hücumçusu Nikolas Paz yer alıb. Onun bazar dəyəri 80 milyon avro təşkil edir. Üçüncü pillədə isə Turin “Yuventus”unun türkiyəli hücumçusu Kenan Yıldız qərarlaşıb – 75 milyon avro.

İlk beşliyi “İnter”in müdafiəçisi Alessandro Bastoni (65 milyon avro) və “Napoli”nin danimarkalı hücumçusu Rasmus Höylund (60 milyon avro) tamamlayır.

A Seriyasında geridə qalan beş turun yekunlarına əsasən, “Roma”, “İnter” və “Latsio” hərəyə 13 xal toplayaraq turnir cədvəlinə liderlik edirlər. Hazırkı çempion isə “İnter”dir.







İtaliya S.A.