- İtaliya S.A.
- 23:49 23.09.2026
“Napoli”nin prezidenti Aurelio De Laurentis hazırda “Yuventus”a rəhbərlik edən klubun sabiq baş məşqçisi Luçano Spalettini tənqid edib.
90deqiqe.Az-ın məlumatına görə, “Football Italia” funksionerin dediklərini belə çatdırıb
“Spaletti barədə danışmağa məcbur etməyin. Məşqçilər başa düşməlidirlər ki, onlar futbolçulardan ibarət orkestri idarə etmək üçün işə götürülən şəxslərdir. Lakin onlar yenə də muzdlu işçilər olaraq qalırlar. Bəzən bunu unudurlar. Mən fikrimi aydın ifadə etdim?”
Qeyd edək ki, Spaletti 2023-cü ildə “Napoli” ilə İtaliya çempionu olub. Bundan sonra klubdan ayrılan mütəxəssis qısa müddət sonra İtaliya millisinin baş məşqçisi təyin edilib.
Bu keçid “Napoli” prezidenti ilə Spaletti arasında ciddi fikir ayrılığına səbəb olub.