- İtaliya S.A.
- 23:40 24.09.2026
İtaliyanın “Milan” klubunda çıxış edən hücumçu Qonsalu Ramuş dənizdən qorxduğunu etiraf edib.
90deqiqe.Az-ın məlumatına görə, portuqaliyalı futbolçu bildirib ki, Portuqaliyanın Alqarve bölgəsini çox sevir, lakin dənizdə üzməkdən çəkinir.
“Hamı Portuqaliyaya, xüsusilə də Alqarveyə getməlidir. Bura xüsusi yerdir. Mən orada doğulub böyümüşəm. Dənizə baxmağı və onun yanında olmağı sevirəm. Amma dənizdə üzməyi o qədər də xoşlamıram, çünki qorxuram. Buna baxmayaraq, çimərliyi çox sevirəm və dəniz havasını udmaqdan zövq alıram”, – deyə Qonsalu Ramuşun sözlərini “Pianeta Milan” nəşri sitat gətirib.
Qeyd edək ki, Qonsalu Ramuş daha əvvəl PSJ-də çıxış edib.
Futbolçunun dənizə ehtiyatla yanaşmasının bu bölgədə Atlantik okeanının kifayət qədər sərt olması ilə əlaqəli olduğu ehtimal edilir.