- İtaliya S.A.
- 23:40 24.09.2026
Portuqaliyalı hücumçu Qonsalu Ramuş “Milan”a keçdikdən qısa müddət sonra komandanın Asiya turnesində iştirak edib. Futbolçu İndoneziyada “Milan”ın çoxsaylı azarkeşlərinin olmasından təəccübləndiyini bildirib.
90deqiqe.Az-ın məlumatına görə, təcrübəli futbolçu Cakartada klubun tərəfdarları ilə ilk görüşünü xatırlayıb:
“İlk dəfə Cakartada “Milan” azarkeşləri ilə görüşdüm. Orada çox böyük azarkeş kütləmiz var. Bu, inanılmaz idi. Dünyanın o biri tərəfində olsaq da, onların dəstəyini açıq şəkildə hiss edirdik. “Milan”ın nə qədər böyük klub olduğunu və azarkeşlərimizin nə qədər möhtəşəm olduğunu anlayırsan. Onlar bizə güc verir və hər oyunda dəstək olurlar. Bu dəstəyi hiss etmək xoşuma gəlir. Həlledici məqamlarda bu, bizə çox kömək edir”, – deyə Ramuşun sözlərini “Pianeta Milan” sitat gətirib.
Qeyd edək ki, “Milan” hazırda İtaliya A Seriyasının turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.