- İtaliya S.A.
- 23:40 24.09.2026
“Barselona”nın sabiq hücumçusu Zlatan İbrahimoviç hazırda ən çox dəstəklədiyi futbolçunun adını açıqlayıb.
90deqiqe.Az-ın məlumatına görə, “Netflix” platformasında yayımlanan “Cold as Balls” şousunun aparıcısı Kevin Hart İbrahimoviçdən hazırkı futbolçulardan hansını daha çox dəstəklədiyini soruşub.
“Seçim etməli olsam, Yamalın adını çəkərdim. Hazırda mənim futbolçum odur”, – deyə İbrahimoviç bildirib.
Qeyd olunur ki, isveçli futbolçu bu seçimini “Qızıl top” uğrunda səsvermə ilə əlaqələndirməyib. Daha əvvəl “Barselona”nın prezidenti Joan Laporta, vitse-prezident Rafa Yuste və bir sıra futbolçular “Qızıl top” uğrunda mübarizədə Lamin Yamalı dəstəklədiklərini açıqlayıblar.
Lamin Yamal bu mövsüm “Barselona”nın heyətində 8 rəsmi oyuna çıxıb. 18 yaşlı futbolçu həmin matçlarda 8 qol vurub və 6 məhsuldar ötürmə edib.