- İtaliya S.A.
- 23:40 24.09.2026
“Napoli”nin yarımmüdafiəçisi Skott Maktominay ürəklə bağlı tibbi prosedurdan sonra klubun bazasına qayıdıb və bərpa prosesinə başlayıb.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə “Goal” məlumat yayıb.
29 yaşlı futbolçu fərdi qaydada trenajor zalında məşq edib. Maktominay hələlik komandanın ümumi məşqlərində iştirak etmir.
Şotlandiyalı yarımmüdafiəçi daha əvvəl “İnter”, “Bolonya” və “Fiorentina” ilə oyunları buraxıb.
Mənbənin məlumatına görə, oktyabrın 10-da “Frozinone” ilə keçiriləcək qarşılaşma Maktominayın mümkün dönüşü üçün əsas tarix kimi nəzərdən keçirilir.
Qeyd edək ki, futbolçu cari mövsümdə 2 oyunda meydana çıxıb və məhsuldar hərəkətlərlə yadda qalmayıb.