- İtaliya S.A.
- 23:40 24.09.2026
Avstriya millisinin müdafiəçisi David Alaba “Udineze”nin futbolçusu olub.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.
33 yaşlı futbolçu yeni klubu ilə 2027-ci il iyunun 30-dək müqavilə imzalayıb.
“Karyeram ərzində çox şey qazandım, amma bir istəyim dəyişməyib: yenidən qalib gəlmək istəyirəm. Hələ də ambisiyalıyam və A Seriyasında ən yüksək səviyyədə oynamaq istəyirəm”, – deyə Alaba müqavilə imzaladıqdan sonra bildirib.
Qeyd edək ki, Alaba “Udineze”yə Madrid “Real”ından keçib. Avstriyalı futbolçu bundan əvvəl uzun illər Münhen “Bavariya”sının formasını geyinib.
“Udineze” A Seriyasının cari mövsümündə 5 turdan sonra 4 xal toplayıb və turnir cədvəlində 13-cü pillədə qərarlaşıb.