25 sentyabr 2026. Cümə

Mark van Bommel “Milan”la bağlı danışdı


Mark van Bommel “Milan”la bağlı danışdı

Niderlandlı sabiq futbolçu Mark van Bommel karyerasının sonlarında çıxış etdiyi “Milan” barədə xoş sözlər söyləyib və İtaliya klubuna uğurlar arzulayıb.

90deqiqe.Az-ın məlumatına görə, “pianetamilan.it” nəşri keçmiş futbolçunun dediklərini belə çatdırıb.

“Milan”da çox yaxşı vaxt keçirdim. Bu, qısa müddət idi, amma çox yaxşı oynayırdıq və möhtəşəm heyətimiz var idi. “Olimpiko”da cəmi bir oyun keçirdim və Skudetto qazandıq. Ümid edirəm ki, klub yenidən qələbələr qazanacaq”, – deyə van Bommel bildirib.

Qeyd edək ki, van Bommel karyerası ərzində “Milan”la yanaşı, Münhen “Bavariya”sı və “Barselona”nın da formasını geyinib.







İtaliya S.A.