- İtaliya S.A.
- 23:40 24.09.2026
“Milan”ın hücumçusu Qonsalu Ramuş musiqi zövqündən və şəhərdə yaşamaq seçimindən danışıb.
90deqiqe.Az-ın məlumatına görə, “pianetamian.it” nəşri portuqaliyalı futbolçunun dediklərini belə çatdırıb.
“Mən şəhərin mərkəzində yaşamağa üstünlük verirəm. Çünki məşqlərdən sonra boş vaxtım olanda istəsəm, həmişə özümə məşğuliyyət tapa bilirəm. Tez-tez portuqal repinə qulaq asıram, amma bu, əhvalımdan asılıdır. Braziliya və Fransa musiqilərini, həmçinin Dreykə qulaq asıram. Ümumiyyətlə, hər şeydən bir az dinləyirəm”, – deyə Ramuş bildirib.
Qeyd edək ki, Qonsalu Ramuş “Milan”a Fransanın PSJ klubundan keçib.