27 sentyabr 2026. Bazar günü

“Adrenalinin düşməsinə imkan verməməliyik”


“Adrenalinin düşməsinə imkan verməməliyik”

“Latsio”nun baş məşqçisi Cennaro Qattuzo milli komandaların oyunları ilə əlaqədar yaranan uzun fasilənin komandanın ritminə təsir edə biləcəyindən narahatdır.

90deqiqe.Az-ın məlumatına görə, “Football Italia” Qattuzonun sözlərini belə sitat gətirib:

“Mən “Valensiya”da buna bənzər vəziyyətlə artıq qarşılaşmışam. Dünya çempionatı dekabr ayında keçirilirdi. 20 gün oyun keçirməyəndə adrenalin aşağı düşür. Biz bu gərginliyin azalmasına imkan verməməliyik”.

İtaliyalı mütəxəssis mövsümə uğurlu startda futbolçuların rolunu da xüsusi qeyd edib:

“Bütün təriflər futbolçulara çatmalıdır. Komanda ağır işə hazırdır, məşqlərə üzüağ gəlir. Əgər bu atmosferi qoruyub saxlasaq, çoxlu müsbət emosiyalar yaşaya bilərik”.

Qeyd edək ki, paytaxt təmsilçisi A Seriyasının ilk 5 turunda 13 xal toplayıb və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. “Latsio” A Seriyasının növbəti turunda oktyabrın 11-də “Monza” ilə qarşılaşacaq.







İtaliya S.A.