28 sentyabr 2026. Bazar ertəsi

“Parma”nın yeni baş məşqçi namizədi bəlli oldu


“Parma”nın yeni baş məşqçi namizədi bəlli oldu

İtaliyanın “Parma” klubu istefaya göndərilən baş məşqçi Karlos Kuestanın əvəzləyicisini axtarır.

90deqiqe.Az-ın məlumatına görə, komandanın yeni baş məşqçi postuna əsas namizədlərdən biri İtaliya millisinin sabiq hücumçusu Alberto Cilardino hesab olunur.

 “Parma” artıq 44 yaşlı mütəxəssislə birbaşa əlaqə yaradıb. Lakin tərəflər arasında mümkün razılaşmaya Cilardinonun hazırda “Piza” ilə qüvvədə olan müqaviləsi mane ola bilər. Mütəxəssis “Parma”ya keçmək üçün hazırkı klubundakı sözləşməsini vaxtından əvvəl pozmalı olacaq.

Qeyd edək ki, Cilardino daha əvvəl də “Parma”nın baş məşqçi postuna namizədlər sırasında yer alıb. Kristian Kivunun “İnter”ə keçidindən sonra italiyalı mütəxəssisin namizədliyi nəzərdən keçirilsə də, klub sonda Karlos Kuesta ilə anlaşmağa üstünlük verib.

Gilardino A Seriyasında baş məşqçi kimi kifayət qədər təcrübəyə malikdir. O, “Cenoa”nı iki tam mövsüm ərzində İtaliya çempionatının yüksək liqasında saxlamağı bacarıb.







İtaliya S.A.