30 sentyabr 2026. Çərşənbə

A Seriyasında mövsümün əvvəlində hakimlərin 7 səhvi etiraf edilib


A Seriyasında mövsümün əvvəlində hakimlərin 7 səhvi etiraf edilib

İtaliya A Seriyasında mövsümün əvvəlində hakimlərin 7 səhvə yol verdiyi etiraf olunub.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə İtaliya hakim korpusunun rəhbəri Daniele Orsato jurnalistlərlə görüşündə açıqlama verib.

Onun sözlərinə görə, səhvlərdən 5-i A Seriyasında, 2-si isə İtaliya Kubokunda qeydə alınıb.

Etiraf edilən səhvlər arasında “Torino” – “Milan” matçındakı epizod da yer alıb. Həmin görüşdə Nikola Vlaşiçin cərimə meydançasında əllə oynaması qeydə alınmayıb. Həmçinin “Yuventus” – “Atalanta” qarşılaşmasında Pyero Kalulyunun Co Rouyu saxlamasına görə cəzalandırılmaması hakim səhvi kimi qiymətləndirilib.

Bununla belə, Orsato bir sıra digər mübahisəli epizodları hakim səhvi hesab etməyib. Bunlara “Cenoa” – “Napoli” matçında Kevin De Brüyne ilə Xoakin Vaskesin toqquşması, “Yuventus” – “Milan” oyununda Sissevin qolundan əvvəl Deyvi de Vinter və Randal Kolo-Muaninin iştirakı ilə baş verən epizod, həmçinin “İnter” – “Napoli” qarşılaşmasında Stanislav Lobotkanın əllə oynaması ehtimalı daxildir.

Görüş zamanı hakimliklə bağlı digər statistik göstəricilər də açıqlanıb. A Seriyasında topun oyunda olduğu effektiv vaxt 59 dəqiqə 24 saniyəyə yüksəlib. Bu, ötən mövsümlə müqayisədə 5 dəqiqə 53 saniyə çoxdur.

Həmçinin orta hesabla qayda pozuntularının sayı 26-dan 22,74-ə, sarı vərəqələrin sayı 3,63-dən 3,22-yə, qırmızı vərəqələrin sayı isə 0,18-dən 0,04-ə düşüb.

Çempionatın ilk 5 turunda cəmi 5 penalti təyin edilib. Bu göstərici Avropanın əsas çempionatları arasında ən aşağı nəticədir.







İtaliya S.A.