30 sentyabr 2026. Çərşənbə

“Ramuş ‘Yuventus’da oynasaydı, 5 qol vurardı”


“Ramuş ‘Yuventus’da oynasaydı, 5 qol vurardı”

İtaliya millisinin sabiq qapıçısı Emiliano Viviano “Milan”ın portuqaliyalı hücumçusu Qonsalu Ramuşun məhsuldarlığı ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, Vivianonun sözlərinə görə, Ramuş “Yuventus”da çıxış etsəydi, cari İtaliya çempionatında artıq 5 qol vurmuşdu.

“Buna tam əminəm. Əgər Qonsalu Ramuş bu oyunları “Yuventus”un heyətində keçirsəydi, çempionatda 5 qolu olardı. Bunu sizə səmimi deyirəm”, - deyə ekspertin sözlərini “Cronache di Spogliatoio” nəşri sitat gətirib.

Viviano həmçinin Ramuşun daha çox qol vurması üçün “Milan”ın oyununda dəyişikliklərə ehtiyac olduğunu bildirib.

“Əgər topa daha uzun müddət nəzarət etmək və oyunu rəqibin yarımmeydanına keçirmək mümkün olsa, Ramuş bu qədər tez-tez müdafiəyə kömək etməli olmayacaq. O, cərimə meydançasında çox güclüdür. Bunu Portuqaliya millisində və dünya çempionatında da göstərib”, - deyə o bildirib.

Qeyd edək ki, Ramuş cari İtaliya çempionatında 5 oyunda 1 qol vurub.







İtaliya S.A.