30 sentyabr 2026. Çərşənbə

“Roma” Dibala və Molinanın Messinin vida matçında iştirak etməyəcəyini açıqladı


“Roma” Dibala və Molinanın Messinin vida matçında iştirak etməyəcəyini açıqladı

“Roma” klubu Paulo Dibala və Nauel Molinanın Argentina millisinin oktyabrın 6-da keçirəcəyi oyunda iştirak etməyəcəyini açıqlayıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi bu qarşılaşmanın Dibala və Molina üçün xüsusi əhəmiyyət daşıdığını anlayır. Buna baxmayaraq, qərar qarşıdakı oyunların yaxınlığı, uzunmüddətli uçuş və digər logistika amilləri nəzərə alınaraq, idman baxımından qəbul edilib.

“Roma” həmçinin Lionel Messiyə xüsusi ehtiramını ifadə edib.

“Klub Lionel Messiyə və onun möhtəşəm karyerasına dərin hörmətlə yanaşır. Ona və Argentina Futbol Assosiasiyasına möhtəşəm axşam arzulayırıq”, - deyə açıqlamada qeyd olunub.

Qeyd edək ki, Argentina millisi oktyabrın 6-da Buenos-Ayresdə Beninlə üz-üzə gələcək. Bu qarşılaşma Lionel Messinin milli komanda formasında son oyunu olacaq.







İtaliya S.A.