- İtaliya S.A.
- 01:23 30.09.2026
“Yuventus” 30 iyun 2026-cı ildə başa çatan maliyyə ili üzrə hesabatını təsdiqləyib.
90deqiqe.Az-ın “Football Italia"ya istinadən məlumatına görə, Turin klubunun illik zərəri 66 milyon avro təşkil edib. Ötən maliyyə ilində bu göstərici 58,1 milyon avro olub.
“Yuventus”un gəlirləri 54,9 milyon avro azalıb. Buna əsas səbəb transfer gəlirlərinin 51,9 milyon, televiziya yayımından əldə olunan gəlirlərin isə 31,9 milyon avro azalması göstərilir.
Bununla yanaşı, klub əməliyyat xərclərini 42,1 milyon avro azaldıb. Sponsorluq və reklam müqavilələrindən əldə olunan gəlirlər isə 20,3 milyon avro artaraq təxminən 126 milyon avroya çatıb.
“Yuventus”un xalis maliyyə borcu 331,1 milyon avroya yüksəlib. Klub 2026/27 mövsümündə Çempionlar Liqası əvəzinə Avropa Liqasında iştirak edəcəyi üçün yeni maliyyə itkiləri gözləyir.
Bununla belə, Turin təmsilçisi bilet satışları, stadion turları və muzey fəaliyyətindən rekord gəlir əldə etdiyini açıqlayıb. “Allianz Stadium”un orta doluluq göstəricisi isə 97,6 faiz təşkil edib.