- İtaliya S.A.
- 23:17 01.10.2026
“Milan”ın yarımmüdafiəçisi Kristian Pulişiç İtaliya klubunda qalmaq istədiyini bildirib.
90deqiqe.Az-ın məlumatına görə, amerikalı futbolçunun müqaviləsi mövsümün sonuna qədər qüvvədədir. Bununla belə, “Milan”ın müqaviləni daha bir il uzatmaq hüququ var.
“Hazırda “Milan”da çox xoşbəxtəm və burada qalmaq istəyirəm. Müqavilənin uzadılması barədə düşünmürəm, amma burada özümü çox yaxşı hiss edirəm”, – deyə Pulişiçin sözlərini “Daily Mail” yayıb.
28 yaşlı futbolçu qolsuzluq seriyasını başa vurmasından da danışıb. O, sentyabrın 20-də “Leççe” ilə oyunda (3:0) fərqlənib.
“Bu, mənim üçün böyük rahatlıq oldu. Uzun müddət “Milan”ın heyətində qol vura bilməmişdim. Buna görə də çox sevindim”.
Amerikalı futbolçu mövsümün əvvəlində zədəsini bərpa etdikdən sonra A Seriyasının ilk üç oyununda ehtiyatda qalıb. Daha sonra “Latsio” ilə matçda (2:2) əvəzlənərək meydana çıxıb və məhsuldar ötürmə edib. Növbəti oyunda isə qol vurub.