- İtaliya S.A.
- 23:36 01.10.2026
İtaliyanın “Napoli” klubunun prezidenti Aurelio De Laurentis futbol matçlarında 15 dəqiqəlik fasilənin qısaldılması və ya tamamilə ləğv edilməsi təklifini irəli sürüb.
90deqiqe.Az-ın məlumatına görə, o, bu dəyişikliklə xüsusilə gənc azarkeşlərin diqqətinin futbolda saxlanılmasının mümkün olduğunu bildirib.
“Cəsarətli olmalı və futbol məhsulunu bütün aspektlər üzrə yenidən nəzərdən keçirməliyik. Buna matçın quruluşu və müddəti də daxildir. Sadəcə 100 ildir mövcud olduğu üçün toxunulmaz qaydalar olmamalıdır.
Gəlin hissələr arasındakı fasiləni götürək. Niyə 15 dəqiqə davam etməlidir? Niyə onu qısaltmaq və ya ümumiyyətlə ləğv etmək olmaz? Stadiondakı azarkeşlər, bəlkə də, gözləyə bilərlər. Bəs evdəki uşaq gözləyəcəkmi? Xeyr. O, telefonunu götürəcək, “PlayStation” oynamağa başlayacaq, başqa bir şey tapacaq və ikinci hissə başlayanda biz artıq onu itirmiş olacağıq”, – deyə De Laurentis Romada keçirilən TEHA Club sammitində bildirib.
Funksioner həmçinin qeyd edib ki, futbola yalnız rəqabət kimi deyil, həm də əyləncə kimi yanaşmaq lazımdır.