- İtaliya S.A.
- 23:36 01.10.2026
İtaliya A Seriyasında avqust-sentyabr aylarının ən yaxşı futbolçusu müəyyənləşib.
90deqiqe.Az-ın məlumatına görə, bu mükafata “Roma”nın hücumçusu Donyell Malen layiq görülüb.
Niderlandlı futbolçu İtaliya çempionatının geridə qalan beş turunda 6 qol vurub. Malen “Fiorentina”ya qarşı het-trik edib, “Leççe” ilə oyunda dubl vurub, “Torino”nun qapısına isə 1 qol keçirib.
Donyell Malen mükafatını oktyabrın 17-də “Roma”nın “Cenoa” ilə matçından əvvəl alacaq.
Beş turdan sonra “Roma” A Seriyasının turnir cədvəlinə “İnter” və “Latsio” ilə birlikdə başçılıq edir. Hər üç komandanın hesabında 13 xal var.
“Roma” çempionatda növbəti oyununu oktyabrın 11-də səfərdə “Komo”ya qarşı keçirəcək.