2 oktyabr 2026. Cümə

“Xəbəri tennis matçına baxarkən aldım” - Neto “Yuventus”a qayıdışından danışdı


“Xəbəri tennis matçına baxarkən aldım”  - Neto “Yuventus”a qayıdışından danışdı

Braziliyalı qapıçı Norberto Neto karyerasını davam etdirmək üçün “Yuventus”a qayıdışı barədə danışıb.

90deqiqe.Az-ın məlumatına görə, 37 yaşlı qolkiper “Yuventus”un onunla maraqlandığını necə öyrəndiyini açıqlayıb.

“Mən ailəmlə birlikdə həyatdan zövq aldığım bir dönəmdə idim. Doğrusu, “Yuventus”un marağı ilə bağlı xəbəri Braziliya və İsveçrə arasında keçirilən Devis Kuboku matçına baxarkən aldım. Bundan sonra yenidən düşünməyə başladım. Tanıdığın bir yerə qayıtmaq imkanı yarananda, təbii ki, uyğunlaşmaq üçün daha az vaxt tələb olunur”, – deyə Neto “TuttoJuve”yə açıqlamasında bildirib.

Qeyd edək ki, Turin təmsilçisi qapıçı Kamill Qrabaranın ciddi diz zədəsi almasından sonra Netonu heyətinə cəlb edib.

“Yuventus” İtaliya çempionatının turnir cədvəlində hazırda 7-ci pillədə qərarlaşıb.







İtaliya S.A.