2 oktyabr 2026. Cümə

“Hər şeyin asan olduğunu desəm, yalan danışaram”


“Hər şeyin asan olduğunu desəm, yalan danışaram”

“Napoli”nin hücumçusu Noa Lanq hazırkı vəziyyəti barədə danışıb.

90deqiqe.Az-ın məlumatına görə, niderlandlı futbolçu öz potensialına inandığını və əvvəlki formasına qayıtmaq istədiyini bildirib.

“Məncə, istənilən komandanın heyətində görmək istəyəcəyi futbolçuyam. Öz səviyyəmdə oynadığım zaman istənilən rəqibi keçə bilərəm. Hamının məni əvvəlki kimi görməsinə çox istəyirəm. İndi hər şey məndən asılıdır və bütün gücümü ortaya qoymalıyam”, – deyə Lanqın sözlərini “Goal” yayıb.

24 yaşlı hücumçu son bir ilin onun üçün çətin keçdiyini də etiraf edib:

“Son bir il çətin oldu. Hər şeyin asan keçdiyini desəm, yalan danışmış olaram. Şəxsən mən hiss edirəm ki, artıq bir ildir inkişaf etmirəm”.

Qeyd edək ki, “Napoli” ilə müqaviləsi 2030-cu ilə qədər qüvvədə olan Noa Lanq cari mövsümdə klub səviyyəsində 5 matçda meydana çıxıb. O, bu görüşlərdə heç bir məhsuldar fəaliyyətlə – qol və ya məhsuldar ötürmə ilə – yadda qalmayıb.







İtaliya S.A.