- İtaliya S.A.
- 23:07 02.10.2026
“İnter”in sabiq müdafiəçisi Marko Materatsi komandanın baş məşqçisi Kristian Kivunun fəaliyyətini dəyərləndirib.
90deqiqe.Az-ın məlumatına görə, o, rumıniyalı mütəxəssisə ötən mövsüm göstərilən etimadsızlığın əsassız olduğunu bildirib.
“Ötən il çoxları Kivuya şübhə ilə yanaşırdı. Klublararası dünya çempionatında iştirak müsbət məqam oldu. Bu, Çempionlar Liqasının finalındakı məğlubiyyəti unutmağa kömək etdi. Kristian işinin öhdəsindən yaxşı gəldi. Bunu mövsümün sonunda futbolçularla qucaqlaşmasından, aralarındakı qarşılıqlı anlaşmadan və nümayiş etdirdiyi zəkadan görmək mümkün idi”, – deyə Materatsinin sözlərini “Football Italia” yayıb.
Bununla belə, sabiq müdafiəçi “İnter”in müdafiədə daha diqqətli oynamalı olduğunu vurğulayıb.
Qeyd edək ki, “İnter” cari mövsümün əvvəlində üç dəfə iki top fərqi ilə geridə olduğu oyunda hesabı bərabərləşdirə bilib.
“Bu, nə qədər güclü olduğumuzu göstərir. Lakin meydana daha konsentrasiyalı çıxmaq lazımdır”, – deyə Materatsi əlavə edib.
Xatırladaq ki, Materatsi daha əvvəl 2006-cı il dünya çempionatının finalında Fransa ilə keçirilən qarşılaşma barədə də danışıb.