5 oktyabr 2026. Bazar ertəsi

“Qasperini çətin anlarımda həmişə yanımda olub”


“Qasperini çətin anlarımda həmişə yanımda olub”

“Latsio”nun baş məşqçisi Cennaro Qattuzo A Seriyasında lider olan “Roma”nın çalışdırıcısı Can Pyero Qasperini haqqında xoş sözlər söyləyib.

90deqiqe.Az-ın məlumatına görə, Qattuzo bildirib ki, Qasperini onun karyerasının çətin dönəmlərində daim dəstək göstərib:

“Bundan əlavə, onun görkəmli məşqçi olması ilə yanaşı, çətin anlarımda da həmişə mənə dəstək olub. “Milan”a rəhbərlik etdiyim vaxtı xatırlayıram. Mənə zəng etmişdi. Ruhdan düşməməyimi söylədi və komandanın oyununu bəyəndiyini bildirdi. Həmin vaxt həm klub səviyyəsində, həm də digər məsələlərdə problemlərimiz var idi. O, həmişə yanımda olub.

Biz müəyyən mənada bir-birimizə bənzəyirik – hər ikimizin xarakteri güclüdür. Onunla ünsiyyətdən yalnız müsbət təəssüratlarım qalıb. Mən həmişə onun dəstəyini hiss etmişəm”.

Qeyd edək ki, Qasperini 2025-ci ildən “Roma”nın baş məşqçisidir.







İtaliya S.A.