- İtaliya S.A.
- 01:11 05.10.2026
“Latsio”nun baş məşqçisi Cennaro Qattuzo ötən yay komandasına keçən Davide Frattezinin əvvəlki klubunda kifayət qədər oyun vaxtı almadığını bildirib.
90deqiqe.Az-ın məlumatına görə, italiyalı mütəxəssis Frattezi ilə milli komandada birlikdə çalışdığı dövrü xatırladıb:
“Mənim onunla milli komandada işləmək imkanım oldu. Toplanışda keçirdiyimiz 10-15 gün ərzində ona daim qərar verməyin vaxtının çatdığını deyirdim. O, mənim üçün vacib futbolçu idi və meydanda cəmi 15-20 dəqiqə keçirməklə kifayətlənə bilməzdi.
Frattezi xüsusi keyfiyyətlərə malik unikal futbolçudur. Ona deyirdim ki, məsuliyyəti öz üzərinə götürməyə başlamalıdır. Transfer bazarında imkanlarımız məhdud idi. Buna görə də onun “Latsio”ya keçmək qərarı möhtəşəm oldu. Bu, münasibətlərimizi ən yaxşı şəkildə xarakterizə edir”, – deyə Qattuzonun sözlərini “Cittaceleste” yayıb.
Qeyd edək ki, Cennaro Qattuzo İtaliya millisindəki işindən sonra “Latsio”nun baş məşqçisi təyin olunub.