6 oktyabr 2026. Çərşənbə axşamı

“İnter” və “Milan”ın yeni stadion layihəsində mühüm qərar


“İnter” və “Milan”ın yeni stadion layihəsində mühüm qərar

Lombardiya İnzibati Məhkəməsi “İnter” və “Milan” klubları ilə bağlı təqdim olunan beş iddianın hamısını rədd edib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə “Calciomercato.com” məlumat yayıb.

İddialar yeni stadion layihəsinə, Milan bələdiyyəsinin “San-Siro” stadion kompleksinin satışı ilə bağlı qərarlarına, eləcə də arenanın alınması ilə bağlı 5 noyabr 2025-ci ildə imzalanmış müqaviləyə aid olub.

Məhkəmənin qərarı ilə Milan şəhər rəhbərliyinin “San-Siro”nun iki kluba satışı ətrafında yaranmış hüquqi mübahisə başa çatıb.

Bununla da “İnter” və “Milan”ın yeni stadion layihəsinin reallaşdırılması istiqamətində yol açılıb. Yeni arena hazırkı “San-Siro” stadionunun yaxınlığında inşa olunacaq və hər iki kluba məxsus olacaq.

Layihə çərçivəsində stadionun ətrafındakı ərazinin də yenidən qurulması nəzərdə tutulur.







İtaliya S.A.