- İtaliya S.A.
- 22:22 07.10.2026
İspaniya millisinin sabiq üzvü Pedro Rodriges peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlayıb.
90deqiqe.Az-ın məlumatına görə, 39 yaşlı hücumçu qərarını sosial şəbəkə hesabında paylaşdığı mesajla bəyan edib.
O, futbolda keçirdiyi illərin həyatında xüsusi yer tutduğunu qeyd edərək, karyerası ərzində yanında olan hər kəsə təşəkkürünü bildirib.
Karyerasının son dövrünü İtaliyanın “Latsio” klubunda keçirən Pedro daha əvvəl “Barselona”, “Çelsi” və “Roma”nın formasını geyinib.
İspaniya millisində də uğurlu çıxış edən futbolçu 2010-cu ildə dünya, 2012-ci ildə isə Avropa çempionluğunu qazanıb.