- İtaliya S.A.
- 22:22 07.10.2026
“Yuventus”un baş məşqçisi Luçano Spalletti Turin klubundakı fəaliyyəti, üzərinə düşən məsuliyyət və komandada karyerasını davam etdirmək qərarı barədə danışıb.
90deqiqe.Az-ın məlumatına görə, mütəxəssis “Yuventus”da çalışmanın xüsusi məsuliyyət tələb etdiyini bildirib:
“Romada azarkeşləri, Neapolda bütöv bir şəhəri, “İnter”də bir ənənəni, milli komandada isə xalqı çalışdırırdım. “Yuventus”da isə mentaliteti idarə edirsən. Bura futbol tarixidir. Burada sevinc, qürur və məsuliyyət var. Bunlar məni heç vaxt tərk etməyən hisslərdir”, - deyə Spalletti “Tuttosport”a müsahibəsində bildirib.
Baş məşqçi Turin klubunda özünü xoşbəxt və azad hiss etdiyini də vurğulayıb:
“Sevdiyin işi görmək azadlıqdır, bundan xoşbəxt olmaq isə sevgidir. Əlbəttə, burada məsuliyyət çox böyükdür, amma bu vəzifəni məmnuniyyətlə qəbul edirəm. Burada özümü xoşbəxt və azad hiss edirəm”.
Qeyd edək ki, Spalletti 2025-ci il oktyabrın 30-da “Yuventus”un baş məşqçisi təyin olunub. Komanda mövsümü turnir cədvəlinin altıncı pilləsində başa vurub.