8 oktyabr 2026. Cümə axşamı

“Amorimə güvənirəm”


“Amorimə güvənirəm”

“Milan”ın müdafiəçisi Davide Bartezagi İtaliya çempionatının bərpası ərəfəsində komandanın hazırlığı və öz mövqeyi barədə danışıb.

90deqiqe.Az-ın məlumatına görə, “Football Italia” futbolçunun dediklərini belə çatdırıb.

 “Biz bu komandaya çox inanırıq. Uzun fasilədən sonra sabah yenidən bir araya gələcəyik və qarşıdakı oyunlara yaxşı hazırlaşacağımıza ümid edirik”

Futbolçu sol cinahda hansı mövqedə özünü daha rahat hiss etdiyini də açıqlayıb:

“Sol cinahda hər iki mövqedə özümü rahat hiss edirəm – həm cinah müdafiəçisi, həm də vinger kimi. Səviyyəmizi yüksəltməyə davam etməliyik. Bəzən çətinliklərlə üzləşirik, lakin yeni dövrün əvvəlində bu normaldır. İşləməyə davam etməli və diqqətimizi qorumalıyıq.

Amorim yaxşı məşqçidir, ona güvənirəm. Yeni şeyləri sınamağa davam edirik”.

Qeyd edək ki, “Milan” oktyabrın 11-də səfərdə “Sassuolo” ilə qarşılaşacaq.

“Milan” İtaliya çempionatında 5 turdan sonra 11 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.







İtaliya S.A.

“Amorimə güvənirəm”
  • İtaliya S.A.
  • 20:07 08.10.2026
“Amorimə güvənirəm”