- İtaliya S.A.
- 22:25 09.10.2026
“İnter”in baş məşqçisi Kristian Kivu komandanın yarımmüdafiəçisi Hakan Çalhanoğlunun vəziyyəti ilə bağlı açıqlama verib.
90deqiqe.Az-ın məlumatına görə, “Football Italia” nəşri rumıniyalı mütəxəssisin sözlərini belə çatdırıb:
“Son bir həftə ərzində o, komanda ilə heç bir problem yaşamadan məşq edib. O, oynamağa hazırdır. Türkiyədə bazar ertəsi günü milli komanda yoldaşlarının oyununu izləməyə getmədiyi barədə şayiələr yayılıb.
Bütün məsələ mənimlə bağlı idi. Biz axşam saatlarında gec məşq edirdik və onun məşqdə iştirak etməsini istəyirdim. Əks halda, oyuna baxa bilməsi üçün ona istirahət verərdim. Onunla işləməyim lazım idi”.
Qeyd edək ki, 32 yaşlı futbolçu İtaliya ilə matçda iştirak etmədiyinə görə Türkiyə millisinin azarkeşlərinin tənqidinə məruz qalıb. Hakan Çalhanoğlu cari mövsümdə klub səviyyəsində dörd matçda meydana çıxıb və iki qol vurub.