9 oktyabr 2026. Cümə

Alleqri “Fiorentina” ilə heç-heçədən sonra futbolçulara niyə əsəbiləşdiyini açıqladı


Alleqri “Fiorentina” ilə heç-heçədən sonra futbolçulara niyə əsəbiləşdiyini açıqladı

“Napoli”nin baş məşqçisi Massimiliano Alleqri İtaliya çempionatının beşinci turunda “Fiorentina” ilə keçirilən və 1:1 hesabı ilə başa çatan oyundan sonra yaşananlara aydınlıq gətirib.

90deqiqe.Az-ın məlumatına görə, Alleqri “Frosinone” ilə altıncı tur matçı öncəsi keçirilən mətbuat konfransında həmin qarşılaşma barədə danışıb:

“Florensiyada baş verənlər mənə çox ağır təsir etdi. Tənqid etməli olduğum məqam komandanın oyunun müəyyən anlarının nə qədər vacib olduğunu hələ də anlamamasıdır. Söhbət texniki və ya taktiki məsələlərdən getmir. Nəticə qazanmaq üçün vacib olan başqa məqamlar var. Bunlar olmadan uğur əldə etmək bizim üçün çətin olacaq”.

Qeyd edək ki, final fitindən sonra italiyalı mütəxəssis paltardəyişmə otağında narazılığını sərt şəkildə ifadə edib, divarlara yumruq zərbələri endirib və futbolçulara qışqırıb.

Əlavə edək ki, eş turdan sonra 7 xal toplayan “Napoli” İtaliya çempionatının turnir cədvəlində doqquzuncu pillədə qərarlaşıb.







İtaliya S.A.

“Amorimə güvənirəm”
  • İtaliya S.A.
  • 20:07 08.10.2026
“Amorimə güvənirəm”