- İtaliya S.A.
- 22:25 09.10.2026
“Napoli”nin baş məşqçisi Massimiliano Alleqri İtaliya A Seriyasının növbəti turunda “Frosinone” ilə keçiriləcək oyun öncəsi futbolçularının hazırkı vəziyyəti barədə danışıb.
90deqiqe.Az-ın məlumatına görə, mütəxəssis Skott Maktomineyin qarşılaşmanın iştirak ərizəsinə daxil ediləcəyini və onun xidmətindən məhdud müddət ərzində yararlana biləcəklərini bildirib.
“Maktominey heyətə daxil ediləcək və ən azı 20-30 dəqiqə onun xidmətindən yararlana biləcəyik”, – deyə Allegri bildirib.
Baş məşqçi Stanislav Lobotka və Billi Gilmorun da özlərini yaxşı hiss etdiklərini qeyd edib. Onun sözlərinə görə, futbolçuların milli komanda heyətində dörd oyun keçirməsi normaldır. Kevin De Bruyne isə bir oyun az oynayıb.
“Kevindən başqa, digərləri kifayət qədər gəncdirlər və bərpa olunmaq üçün vaxtları var”, – deyə mütəxəssis əlavə edib.
Alleqri David Neres və Noa Lanqın da yaxşı vəziyyətdə olduğunu, Leonardo Spinazzolanın sıraya qayıtdığını, Matteo Politano isə səylə çalışdığını vurğulayıb.
“Ən vacib məsələ nəticə qazanmaqdır”, – deyə baş məşqçi fikrini yekunlaşdırıb.
Qeyd edək ki, Alleqri daha əvvəl “Frosinone”nin gücü barədə də fikirlərini bölüşüb.