- İtaliya S.A.
- 19:40 10.10.2026
İtaliya A Seriyasının VI turunda “Cenoa” doğma meydanda “Fiorentina”nı qəbul edib.
90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
“Cenoa” oyuna fəal başlayaraq artıq 7-ci dəqiqədə hesabı açıb. Milutin Osmaiç komandasını önə keçirib. Cəmi səkkiz dəqiqə sonra Junior Messias fərqi iki topa çatdırıb.
İki top geriyə düşən “Fiorentina” hesabı dəyişmək üçün hücumlarını artırıb. Qonaqlar Xoаn Vaskesin qolu ilə fərqi azaltsalar da, bərabərlik qolunu vurmağa nail olmayıblar.
Beləliklə, “Cenoa” doğma meydanda üç xal qazanıb.