10 oktyabr 2026. Şənbə

“İnter” “Parma”nı üç qolla məğlub etdi


“İnter” “Parma”nı üç qolla məğlub etdi

İtaliya A Seriyasının VI turunda “İnter” doğma meydanda “Parma” ilə qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, görüş Milan təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahibləri matçın taleyini hələ ilk hissədə həll ediblər.

“İnter” 13-cü dəqiqədə Petar Suçiçin qolu ilə hesabı açıb. Cəmi beş dəqiqə sonra Hakan Çalhanoğlu penalti zərbəsini dəqiq yerinə yetirərək fərqi iki topa çatdırıb.

31-ci dəqiqədə Markus Türam fərqlənərək hesabı 3:0 edib.

İlk hissədə üç qol vuran “İnter” fasilədən sonra oyuna nəzarəti əlində saxlayıb. “Parma” isə qarşılaşmanın qalan bölümündə hesabı dəyişə bilməyib. Beləliklə, Milan təmsilçisi üç xalı inamlı qələbə ilə qazanıb.







İtaliya S.A.

“Amorimə güvənirəm”
  • İtaliya S.A.
  • 20:07 08.10.2026
“Amorimə güvənirəm”