- İtaliya S.A.
- 23:12 10.10.2026
“Qızıl top” mükafatını qazanan sonuncu italiyalı futbolçu Fabio Kannavaro “Milan”ın cari mövsümdəki çıxışını dəyərləndirib.
90deqiqe.Az-ın məlumatına görə, italiyalı sabiq müdafiəçi hesab edir ki, komanda hələ potensialını tam ortaya qoymayıb.
“Mənə elə gəlir ki, “Milan” hələ də aralıq mövqedədir. Amma Luka Modriçə və Adrien Rabioya baxanda, konkret iki nümunə göstərsək, qarşımızda həqiqi istedadların olduğunu anlayırıq”, – deyə Kannavaronun sözlərini “pianetamilan.it” nəşri sitat gətirib.
Qeyd edək ki, “Milan” sonuncu dəfə 2022-ci ildə İtaliya çempionu olub. Hazırda komanda A Seriyasının turnir cədvəlində beşinci pillədə qərarlaşıb.