11 oktyabr 2026. Bazar günü

Mile Svilar bir ay yaşıl meydanlardan kənarda qalacaq


Mile Svilar bir ay yaşıl meydanlardan kənarda qalacaq

“Roma”nın qapıçısı Mile Svilar qarşıdakı bir ay ərzində komandasına kömək edə bilməyəcək.

90deqiqe.Az-ın məlumatına görə, bu səbəbdən paytaxt təmsilçisinin baş məşqçisi Can Pyero Qasperini əsas qapıçının yoxluğunda ikinci qolkiper Pyerluci Qolliniyə güvənməli olacaq. “Atalanta”nın sabiq futbolçusu Sviların yoxluğunun komandanın oyununa təsir etməməsi üçün üzərinə düşən məsuliyyəti yerinə yetirməlidir.

Qasperini qapıçının zədəsi ilə bağlı açıqlama verib:

“Məşq zamanı onun ayağının beşinci barmağının əsas hissəsində yorğunluq sınığı yaranıb. Sınıq yerdəyişməsizdir, lakin sağalması üçün ən azı bir ay vaxt tələb olunur”, – deyə baş məşqçinin sözlərini “derbyderbyderby.it” saytı sitat gətirib.

Qeyd edək ki, “Roma” bazar günü “Komo” ilə qarşılaşacaq.







İtaliya S.A.

“Amorimə güvənirəm”
  • İtaliya S.A.
  • 20:07 08.10.2026
“Amorimə güvənirəm”