- İtaliya S.A.
- 18:32 11.10.2026
İtaliya A Seriyasının VI turunda “Komo” və “Roma” komandaları üz-üzə gəlib.
90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb – 0:0. Paytaxt təmsilçisi ikinci hissənin böyük bölümünü azlıqda keçirib.
Matçın 53-cü dəqiqəsində “Roma”nın hücumçusu Donyell Malen qırmızı vərəqə alaraq meydandan qovulub. Bundan sonra qonaqlar müdafiəyə daha çox diqqət ayıraraq heç-heçə hesabını qorumağa çalışıblar.
Say üstünlüyü qazanan “Komo” rəqib qapısı qarşısında təzyiqi artırsa da, hücumlarını qolla tamamlaya bilməyib.
Beləliklə, komandalar hərəyə bir xal qazanıblar. Xallarının sayını 11-ə çatdıran “Komo” turnir cədvəlində altıncı pilləyə yüksəlib. 14 xalı olan “Roma” isə ikinci sıradakı mövqeyini qoruyub.