- İtaliya S.A.
- 18:32 11.10.2026
İtaliya A Seriyasının son turunda “Komo” və “Roma” komandaları arasında keçirilən qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb – 0:0.
90deqiqe.Az-ın məlumatına görə, bu nəticə daha çox qonaqların işinə yarayıb. Belə ki, “Roma” 53-cü dəqiqədən etibarən Donyell Malenin qırmızı vərəqə alaraq meydandan qovulmasından sonra azlıqda mübarizə aparıb.
Maraqlı məqam ondan ibarətdir ki, bu, cari mövsümdə A Seriyasında qeydə alınan ilk qolsuz heç-heçədir. Çempionatın əvvəlki 53 oyununda azarkeşlər ən azı bir qolun şahidi olublar.
“Reddit”də qeyd olunub ki, A Seriyasında mövsümün ilk 0:0 hesablı heç-heçəsi 1949-cu ildən bəri ən gec qeydə alınan nəticədir. Həmin vaxt çempionatın ilk qolsuz heç-heçəsi mövsümün 60-cı matçında qeydə alınmışdı.
Qeyd edək ki, “Roma” 14 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Komo” isə 11 xalla altıncı yerdədir.