11 oktyabr 2026. Bazar günü

“Qırmızı vərəqə oyunu korladı”


“Qırmızı vərəqə oyunu korladı”

“Roma”nın baş məşqçisi Can Pyero Qasperini İtaliya A Seriyasının VI turunda “Komo” ilə keçirilən matçda Donyell Malenin qırmızı vərəqə almasını şərh edib. 

90deqiqe.Az-ın məlumatına görə, ikinci hissədə birbaşa qırmızı vərəqə alan Malenin meydandan qovulmasından sonra Roma təmsilçisi 30 dəqiqədən çox azlıqda mübarizə aparıb. Qasperini hücumçunun rəqibə xəsarət yetirmək niyyətində olmadığını bildirib.

“Onu saxladıqları üçün reaksiya verdi və topa toxundu. Hərəkəti kənardan pis görünsə də, rəqibə zərər vermək niyyəti yox idi. Qırmızı vərəqə oyunu korladı”, – deyə mütəxəssis “Football Italia”ya açıqlamasında bildirib.

Qasperini bu cür epizodların təhlili zamanı yaxın planlardan və dayanmış görüntülərdən istifadə edilməsinə də qarşı çıxıb.

“Futbol hərəkətlərdən ibarətdir, dayanmış görüntülərdən yox. Dondurulmuş kadrlar reallığı təhrif edir. Epizodları bu cür görüntülərə əsasən qiymətləndirməyi dayandırmağın vaxtıdır”, – deyə baş məşqçi vurğulayıb.

Qeyd edək ki, qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb – 0:0.“Roma” bu oyundan sonra 14 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. “İnter” və “Latsio”nun isə hərəyə 16 xalı var.







İtaliya S.A.

“Qırmızı vərəqə oyunu korladı”
  • İtaliya S.A.
  • 19:59 11.10.2026
“Qırmızı vərəqə oyunu korladı”