- İtaliya S.A.
- 20:44 11.10.2026
“Komо”nun baş məşqçisi Sesk Fabreqas İtaliya A Seriyasının VI turunda “Roma” ilə keçirilən qarşılaşmadan sonra fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, ispaniyalı mütəxəssis “Roma”ya qarşı oyun planı hazırlamaq üçün komandanın əvvəlki matçlarını təhlil etdiyini bildirib.
“Fikrimcə, Qasperininin komandasına ən çox zərər vuran məhz İnzaqinin dövründəki “İnter” olub. Həmin vaxt onların oyunundakı bəzi məqamları öyrənməyə və yeni ideyalar götürməyə başladım”, – deyə Fabreqasın sözlərini DAZN yayıb.
Mütəxəssis qolsuz heç-heçənin gözlənilməz olduğunu da vurğulayıb.
“Bəzən futbolu həqiqətən izah etmək olmur. Hücumameyilli iki komandanın 0:0 hesabı ilə oynaması qeyri-adidir. “Roma”ya qarşı mübarizə aparmaq üçün böyük xarakterə malik olmaq lazımdır. Yalnız taktikaya köklənib topla oynamağa cəsarət etməsən, xal qazana bilməzsən”, – deyə Fabreqas bildirib.
Qeyd edək ki, görüş qolsuz heç-heçə ilə başa çatıb – 0:0.bu nəticədən sonra “Komo” 11 xalla turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb. “Roma” isə 14 xalla üçüncü yerdədir.