- İtaliya S.A.
- 22:12 11.10.2026
İtaliya A Seriyasının VI turunda “Milan” səfərdə “Sassuolo” ilə qarşılaşıb.
90deqiqe.Az-ın məlumatına görə, görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. İlk hissədə komandalar fərqlənə bilməyiblər. Matçın əsas hadisələri ikinci yarıda yaşanıb.
Qarşılaşmanın 63-cü dəqiqəsində Adrien Rabyo hesabı açaraq “Milan”ı önə çıxarıb. Fransalı yarımmüdafiəçinin qoluna Luka Modriç məhsuldar ötürmə ilə töhfə verib.
Lakin meydan sahibləri cəmi beş dəqiqə sonra hesabı bərabərləşdiriblər. Kas Odental 68-ci dəqiqədə fərqlənərək “Sassuolo”ya heç-heçə qazandırıb.
Qalan dəqiqələrdə komandalar hesabı dəyişə bilməyiblər və qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.