12 oktyabr 2026. Bazar ertəsi

“Yuventus” “Kalyari” ilə heç-heçə etdi


“Yuventus” “Kalyari” ilə heç-heçə etdi

İtaliya A Seriyasının VI turunda “Kalyari” və “Yuventus” komandaları üz-üzə gəliblər.

90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Meydan sahibləri 20-ci dəqiqədə hesabı açıblar. Pol Mendi məhsuldar ötürmə ilə Daniel Maldininin qol vurmasına şərait yaradıb.

İkinci hissədə “Yuventus” hesabı bərabərləşdirməyə nail olub. Turin təmsilçisinin heyətində Randal Kolo Muani 81-ci dəqiqədə fərqlənib. Kərim-Səm Alaybego­viç isə qol ötürməsinin müəllifi olub. Qalan dəqiqələrdə hesab dəyişməyib.

Bu nəticədən sonra 13 xalı olan “Kalyari” A Seriyasının turnir cədvəlində dördüncü pillədə qərarlaşıb. Xallarını 11-ə çatdıran Luçano Spalettinin rəhbərlik etdiyi “Yuventus” isə altıncı sıraya yüksəlib.







İtaliya S.A.

“Qırmızı vərəqə oyunu korladı”
  • İtaliya S.A.
  • 19:59 11.10.2026
“Qırmızı vərəqə oyunu korladı”